​“Hamı mənə baxır, deyir ki, bunun danışmağa üzü də var” - Tahir Kərimli

Baxış sayı:
283

“Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun cəmiyyətə çatdırılar. Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuna uyğun olaraq bütün məsələlər barədə fikirlərini bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququnu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var... Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.
Deputat qeyd edib ki, çıxışdan sonra saytlarda tənqid və təhdid olunub: “Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq ya yox? Bu il deputatı olduğum seçki dairəsinin əhatəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın üzünə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”./Azvision.az