"Hamı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq lazımdır" - Elmar Məmmədyarov

Baxış sayı:
875

«Mən ümid edirəm ki, Bratislavada biz irəli addım atacağıq. Hazırki “status-kvo” heç kimi təmin etmədiyinə görə irəli hərəkət etməliyik”.
Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycanın XİN naziri Elmar Məmmədyarov Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib. Onun sözlərinə görə bu məsələdə çıxış yolu tapmaq lazımdır. 4 dekabrda Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Muxalifet.az