ƏHALİYƏ ŞAD XƏBƏR: Pensiyalar artır

Baxış sayı:
8995

Cari ilin əvvəlinə nisbətən ölkədə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, iyul ayının 27-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 311 min 739 nəfər təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artaraq iyul ayının 1-nə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən cari ilin əvəlindən respublikamızda əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb.