​ƏHALİYƏ ŞAD XƏBƏR: “Azəriqaz” borclarla bağlı...

Baxış sayı:
6094

"Azəriqaz” təbii qazdan qanunsuz istifadə ilə bağlı dəymiş ziyanın hesablanması üçün Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlayacaq.
Bu barədə "Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Energetika Nazirliyi ilə birgə təkliflər hazırlayıb aiddiyyəti üzrə təqdim edəcəklər.
Ə.Hacıyevin sözlərinə görə, təkliflər hazır olana qədər təbii qazdan qanunsuz istifadə ilə bağlı əhaliyə göndərilən kütləvi bildirişlər dayandırılıb: "Biz müştərilərlə daha səmərəli işləmək üçün ASAN xidmət və ASAN komunalla daha sıx əməkdaşlıq edəcəyik”.
Ə.Hacıyev deyib ki, "Azəriqaz”ın bəzi əməkdaşlarının vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün istifadə etmələrini qətiyyətlə qınayır: "Belə halların müəyyən edilməsi və təqsirkar şəxslərin cəzalandırılması barədə ciddi tədbirlər görüləcək”.