​Halit Ergenç evini təmir edəndə ayağını kəsdi

Baxış sayı:
2092

Aktyor Halit Ergenç istirahət üçün getdiyi bağ evini təmir etdirib.
Muxalifet.az xəbər verir ki, bu zaman aktyor ayağını kəsib və xəstəxanaya çatdırılıb.
Həyat yoldaşı Bergüzar Korel ilə Bodrumda istirahətə yollanan Halit Ergençin başına iş gəlib. Evlərində təmir işləri aparılan zaman aktyorun ayağı kəsilib.
Ergenç məsələ ilə bağlı deyib:
“Bir neçə il əvvəl də ayağımı kəsmişdim. İnfeksiya düşdüyü üçün kiçik bir yara böyük problemə çevirilmişdi. İndi də bunun qarşısını almaq üçün xəstəxanaya getdim. Ciddi kəsik olsa da, özümü yaxşı hiss edirəm”.
Aktyor eyni zamanda bildirib ki, Qurban bayramını Çeşmədə ailəsi ilə qeyd edəcək.