​ƏHALİNİN NƏZƏRİNƏ: Bakı Sumqayıt qatarı pulsuz olacaq - VAXT AÇIQLANDI

Baxış sayı:
11679

"Azərbaycan Dəmir Yolları" QSC-nin hazırladığı Tədbirlər Planına əsasən, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar olaraq, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək "Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və "Koroğlu” dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək. Muxalifet.az-ın quruma istinadən xəbərinə görə, eyni zamanda həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün 28.05.2019 - cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək. Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir. Bakıdan 29.05.2019-cu il tarixdə bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir. Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.