​Əhalinin 20 milyon borcu var - "Azərsu"

Baxış sayı:
4301

"Azərsu"ya 20 milyon manatdan artıq borc var. Abunəçilərin cari borcları nəzərə alınmasa, onların 18-19 faizinin borcu var. Hər gün borclu abunəçilərin suyunu kəsirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Cəbhə.info-ya açıqlamasında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, borclu anonentlərin əksəriyyəti həyət evlərində yaşayanlardır:
"Son iki ay ərzində kifayət qədər köhnə borc yığa bilmişik. Elə rayon var ki, köhnə borclardan ayda 100 min pul yığmışıq. 2011-ci ildən qalan borclar da var”.