​Əhalini təhqir edən icra başçısına ETİRAZ - “Sumqayıtda narazılıq artır”

Taleh Qaraşov tutur Bakı meriyasına gəlmək istəyirdi, Səbailə də razıdır...

Baxış sayı:
7834

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 01-07 oktyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Sumqayıtda narazılıq artır: İcra başçısının təhqirləri əhalini qəzəbləndirib.”, “BİR ZAMANLARIN GƏNCLİK ŞƏHƏRİ KİMİ TANIMLANAN SUMQAYIT!!! – 9-cu yazı”, “Əli Həsənovun Sumqayıtdakı bazarı söküldü - İcra başçısı dövlət agentliyinin də qərarına məhəl qoymadı” başlıqlı 3 məqalənin 5 elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakmiyyətinin başçısı Zakir Fərəcov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Bakı meriyasına gəlmək istəyirdi, Səbailə də razıdır... - İDDİA” başlıqlı 1 məqalənin 4 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakmiyyətinin başçısı Taleh Qaraşov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Göygölün icra başçısı sakinləri boğaza yığıb... - "Bizim artıq Seyidova səbr edəsi taqətimiz qalmayıb..."” başlıqlı məqalənin 3 elektron KİV-də yayılması ilə Göygöl rayon İcra Hakmiyyətinin başçısı Arif Seyidov tutur.

Muxalifet.az