Əhali xarab ət yeyir, cəsədlər morqlarda çürüyür - Venesuelada böhran

Baxış sayı:
4084

Dünyanın ən böyük neft ehtiyatına sahib ölkəsi Venesuelada milyonlarla insan elektrik enerjisindəki kəsintilər səbəbindən çətin günlər yaşayır.
Muxalifet.az xəbər verir ki, BBC müxbiri  Vladimir Hernandez reportajında xalqın bu səbəbdən yemək üçün təzə ət tapmaqda necə çətinlik çəkdiyini əks etdirib. 
Bazarlarda xarab ətlər satılır, satıcılar isə ucuz olduqları üçün əhalinin almaqdan başqa çarəsi olmadığını deyir. Qeyd edilir ki, ölkədə bir kilo ət minimum əmək haqqının üçdə birinə, çürük ət isə yüzdə birinə bərabərdir. 
"Gündə 10 dəfə elektriklər kəsilir, bəzən isə 4 saat işıq verilmir. Bu səbəbdən də ətlər xarab olur" deyə satıcılardan biri gileylənir. 
Jurnalistin sözlərinə görə, ölüm belə böhrandan xilas üçün çarə deyil. Belə ki, elektrik enerjisi olmadığından soyuducular işləmir və bu səbəbdən morqdakı cəsədlər də çürüyür. 
Qeyd edək ki, Venesuela 2014-cü ildən bəri iqtisadi durğunluq, inflyasiya və qıtlıqla üz-üzədir.