Əhali üzrə qazın qiyməti necə hesablanacaq? - İZAH

Baxış sayı:
7591

Tarif Şurası tərəfindən bu gün verilən qərarla təbii qazın tarifləri dəyişdirilib.

Muxalifet.az xəbər verir k, iİllik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. Daha əvvəl isə illik 2200 m3-dək qaz istehlakı üzrə tarif 1 kub metr üçün 10 qəpik səviyyəsində idi.

Yəni, daha əvvəl əhali 2200 m3-dək qaz istehlakında hər m3 üçün tarif 10 qəpik ödəyirdisə, indi bu limit 1200 m3-ə endirilib.

İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Daha əvvəl isə təbii  qazın illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün tarif 20 qəpik müəyyən olunmuşdu. ///olke.az