Halı pisləşən Elzanın görüntüləri yayıldı - VİDEO

Baxış sayı:
6001

Dünən xəstəxanalıq olan Əməkdar artist Elza Seyidcahanın görüntüləri yayılıb.

Yenisabah.az  xəbər verir ki, videoda müğənni-bəstəkarın ətrafındakı insanların köməkliyi ilə çətinliklə yeridiyi və ağladığı görünür. 

Xatırladaq ki, dünən müğənni seçkilərdə haqsızlığa uğradığını deyərək ağladığı anları izləyiciləri ilə bölüşüb.Daha sonra bəstəkarın vəziyyətinin pislədiyi və Bakıya gətirildiyi ilə bağlı xəbər yayılıb. 

Qeyd edək ki, o, fevralın 9-da ölkədə keçirilən parlament seçkilərinə namizəd kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qatılıb.