​ƏHALİ AYAĞA QALXDI: Baş nazir komissiya yaratdı - Özəl

Baxış sayı:
4867

İraq Parlamentinin növbəti iclası baş tutmayıb. Baş nazir Abadinin rəhbərliyi ilə kəşfiyyat, təhlükəsizlik qüvvələri və polisdən ibarət komissiya yaradılıb.
Bu haqda İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi məlumat verib.
 “Sözügedən komissiya İraqda parlament seçkiləri zamanı türkmanların yaşadığı ərazilərdə, xüsusən də Kərkükdə olan seçki saxtakarlığını araşdıracaq”, - o bildirib.
Xatırladaq ki, İraqda 12 may tarixində parlament seçkiləri keçirilib. Türkmanların yaşadığı ərazilərdə seçki saxtakarlığına yol verildiyi iddia edilir.
Hazırda Kərkükdə soydaşlarımız seçki saxtakarlığına qarşı etirazları davam etdirir.