Əhali artıb, amma qaz, elektrik istehsalı kəskin azalıb – Paradoksun səbəbi nədir?

Baxış sayı:
810

“2008-2018-ci illərdə əhalinin sayı 13% artıb - 1.1 milyon nəfərdən söhbət gedir. Amma rəsmi statistikaya baxanda məlum olur ki, həmin müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsi 1% (30 mln. kubmetr) azalıb. Eyni vəziyyət elektrik enerjisində də müşahidə edilib. 2008-2018-ci illərdə ev təsərrüfatlarının istehlak etdiyi elektrik enerjisinin həcmi təxminən 10% və 700 mln. kvt. saat azalıb”.

Bu barədə tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, həmin dövrdə sırf məişətdə itifafə baxımından qaz istehlakının adambaşına illik istehlakı 351 kubdan 308 kuba, elektrik istehlakı isə 847 kvt-saatdan 677 kvt-saata enib. Hər nəfər hesabı ilə götürdükdə istehlakda daha kəskin azalma var - qazda 12%, elektirkdə 20%.

R.Ağayev vurğulayıb ki, əhalinin 13% artdığı bir dövrdə, üstəgəl rəsmi məlumatlara görə, ölkədə qazlaşdırmanın 55-60%-dən 90%-ə qədər yüksəldyi bir zaman intervalından söhbət gedir: “Məsələn, qaz istehlakı artıb elektrikdə azalma olsa idi, bunu əahlinin mənzillərin qızdırlması, isti su tələbatı üçün elektrik enerisindən imtinası ilə əlaqələndirmək olardı.Daha bir arqument bu ol bilər ki, mərkəzləşdirilmiş qazanxanalar vasitəilə mənzillərdə istilik enerjisinin istehlakı artır.

Bu gerəkdir - 10 ildə bu mənbədən alınan enerinin həcmi 4 dəfə artıb. Lakin 2 səbəbdən bu mənbənin ciddi təsiri istisna olunur:

1) Bu mənbədən alınan 98%-i Bakının payına düşür. Amma iş orasındadır ki, istilik enerisinin olmadığı Bakıdankənar bütün ölkə ərazisində də həm qaz, həm də elektrik enerjisi istehlakı azalmaqda davam edib;

2) istilik enerjisi ev təsərrüfatlarının ümumi enerji istehlakının cəmi 3%-ni təşkil edir. Yəni bu qədər az payı olna mənbənin həcm etibarlı hətta 10 dəfə artımının belə elektirk enerjisinin istehlakını 10% azaltması real görünmür”.

Ekspert başqa bir ehtimal kimi ev təsərrüfatlarına nəqldə itkilərin həcminin kəskin azaldılmasını nəzərdən keçirib: “Heyf ki, sırf ev təsərrüfatlarında itkilərin dinamikasına dair statistika tapa bilmədim. Hər halda rəsmi münasibət bildiriləsi maraqlı məqamdır”./AzPolitika.info/