“Halal” şaurmadan 15 adam zəhərləndi- 5 uşaq və 1 hamilə qadın...-FOTO

Baxış sayı:
1780

Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Halal-bistro” kafelərindən biri keyfiyyətsiz şaurmadan kütləvi zəhərlənmə səbəbiylə qalmaqal mərkəzinə gəlib . Muxalifet.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, son məlumata görə, 5 uşaq və bir hamilə qadın da daxil olmaqla 15 nəfər zəhərlənib. Bölgədəki tibbi fəlakətlər mərkəzinin mətbuat xidmətindən verilən məlumatda aralarında 4 uşağın olduğu 5 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb və günahkarları 2 ilədək həbs cəzası gözləyir.