“Halal” MTK elektrik enerjisi tarifini özü müəyyənləşdirib... – SUMQAYIT SAKİNLƏRİ DAHA ARTIQ PUL ÖDƏMƏYƏ MƏCBUR EDİLİR /Prezidentə şikayət

Baxış sayı:
5890

Sumqayıt şəhər, 9-cu mikrorayon ərazisində yaşayan bir qrup sakin tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Energetika naziri Pərviz Şahbazova, eləcə də         “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edən sakinlərin müraciətini olduğu kimi dərc edirik:
“Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl dövlətçilik konsepsiyasının və uğurlu iqtisadi inkişaf strategiyasının zati-aliləri, möhtərəm İlham Əliyev cənablarının bilavasitə rəhbərliyi ilə respublikamız iqtisadi artım sürətinə görə öz lider mövqeyini qoruyub saxlamaqdadır. Məhz cənab Prezidentimizin yürütdüyü siayasəstin nəticədir ki, bü gün xalqı narahat edən hər bir problem yerində, operativ həll edilir.
Məhz möhtərəm Prezidentimizin 19.02.2019-ci il tarixli, 529 nömrəli Fərmanına əsasən Sumqayıt şəhər, Z.Hacıyev küçəsi 150 ünvanında, 9-cu mikr. ərazisində “Halal” MTK-ya məxsus 254 mənzildən ibarət 3 çoxmərtəbəli yeni yaşayış binaları tikilib, 2019-cu ildən əhalinin istifadəsinə verilib. Binalarda qaz, su, lift və rabitə xətləri mövcuddur. Əhalinin bir nömrəli problemi elektrik enerjisi ilə bağlıdır. Respublikada əhali üzrə elektrik enerjisinin hər kilovat saatı 0.07 qəpik olmasına baxmayaraq, biz enerjinin hər kilovat saatı üçün 0.09 qəpik ödəyirik.
Mənzillərdə elektrik sayğacları quraşdırılmayıb.
Bizə deyirlər ki, MTK-nın özünün yeni tikilmiş müasir yarımstansiyası “Azərişıq” tərəfindən qəbul edilmədiyi üçün enerjinin bir kilovat saatı üçün 0.09 qəpikdən hesablanır.
Sizdən artıq dərəcədə xahiş edirik “Halal” MTK-ya məxsus yarımstansiyanın “Azərişıq” ASC tərəfindən qəbul edilməsi və mənzillərimizə sayğac quraşdırılaraq, hər birimizə abunə kodu verilərək elektrik enerjisi dəyərinin hamı kimi 0.07 qəpikdən ödənilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz.
Öncədən Sizə minnətdarlıq edirik”.
Qeyd edək ki, məktuba binanın 254 nəfər sakini adından aşağıdakı şəxslər imza atıb:
1.Əmiraslanov Vüsal Vaqif oğlu;
2.Həsənov Sərdar Şirvan oğlu;
3.İsgəndərov Şahpolad İsgəndər oğlu;
4.Əsgərov Əsgər Sərvər oğlu;
5. Bayaramov Rüstəm Qədiməli oğlu;
6. Mehtiyev Nüsrət Qüdrət oğlu;
7. Tanrıverdiyev Rauf Rafiq oğlu;
8. Quliyev Daşqın Arif oğlu;
9. Rəhimov Mübariz Qocabəy oğlu;
10. Cavadov Samir Münasib oğlu;
11.Yusifbəyli Hüseyn Natiq oğlu.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.