​Hakimlər Messini əfv etdi

Baxış sayı:
2692

İspaniya Çempionatının hakimlər korpusu hesab edir ki, “Barselona”nın hücumçusu Lionel Messi  “Real” ilə oyun zamanı arbitrı təhqir etməyib.
Muxalifet.az lenta.ru-ya istinadla xəbər verir ki, arbitrlar forvardın müdafiəsinə qalxıb.
Hakimlər korpusu bildirib ki, matçın protokolunda Messinin və ya başqa oyunçunun arbitrı təhqir etməklə bağlı qeyd olunmayıb.