"Hakimiyyət xalqa güzəştə getməlidir ki, bu gərginlikdən az itki ilə çıxa bilək" - QUBAD İBADOĞLU

Baxış sayı:
2559

“Ölkədə mövcud sosial-iqtisadi çətinliklər, gələcəyə inamsızlıq, hakimiyyətə etimadsızlıq da əlavə çətinliklər yaradır”

“Bu və gələn həftənin hər kəs üçün çətin olacağı şübhəsizdir. Hazırda durumu pisləşdirən yalnız pandemiya və epidomolji problemlər deyil”.

Bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, ölkədə mövcud sosial-iqtisadi çətinliklər, gələcəyə inamsızlıq, hakimiyyətə etimadsızlıq da əlavə çətinliklər yaradır: “Görünən odur ki, ailədə də, işdə də, cəmiyyətdə də, hakimyyətdə də qəzəb və nifrət hakimdir. Ailədə övladlarla valideynlər, ərlə arvad, işdə işçi ilə müdir, cəmiyyətdə insanlar, hakimiyyətdə qruplar arasında qəzəb və nifrət artan gərginliyi daha şiddətləndirir”. ADR Hərəkatının sədri hesab edir ki, hər yerdə həmrəyliyə ehtiyac var: “Amma heç kəs güzəştə getmək istəmir. Mənə elə gəlir ki, hakimiyyət xalqa, müdir işçiyə, ata oğula, ana qıza, ər arvada güzəştə getməlidir ki, yaranmış gərinlikdən az itki ilə çıxa bilək. Ən böyük sual odur ki, artan gərginlik nə ilə nəticələnəcək?”