“HAKİMİYYƏTƏ ONLARI GƏTİRMƏK LAZIMDIR” - Lukaşenko

Baxış sayı:
11459

Belarus Prezidenti Aleksandr Lukaşenko gənc kadrların hakimiyyətə gəlməsinin vacib olduğunu bildirib.

O, bu barədə Belarusun xarici ölkələrə yeni səfirlərinin təyinatı zamanı danışıb.

“Artıq yeni nəsil insanlar gəlməlidir. Biz nə zamansa gedəcəyik. Bu zaman uzaq deyil. Əvəzində ölkəni qoruyub saxlayacaq insanlar gəlməlidirlər. Səfirlər də belə adamlar olmalıdırlar. SSRİ təzə parçalananda bizim XİN-ə daxil olanda burada kimin, hansı başla işlədiyi bəlli olmurdu”, - Lukaşenko bildirib.