​HAKİMİYYƏT ƏNƏNƏVİ SİYASƏTİNİ DƏYİŞİR? - Əli Kərimli Prezident Admnistrasiyasına çağırıldı

Baxış sayı:
3433

Hakimiyyət Azərbaycan Xalq Cəbhəsi Partiyasına da dialoq təklif edib. 
Muxalifet.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli bildirib.
Partiyanın rəhbərliyi Prezident Admnistrasiyasına dəvət olunub.
Xatrıladaq ki, son günlər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya sədrləri ilə fərdi görüşlər keçirir. Bu görüşlər tanışlıq xarakteri daşısa da, Ə.Kərimlinin dəvət olunması müsbət hadisə olmaqla yanaşı, çoxları üçün gözlənilən deyildi. Çünki bu günə qədər hakimiyyət bütün sahələrdə qapıları Ə.Kərimlinin üzünə bağlayıb. Hətta AXCP sədrinin ölkədən çıxışına qadağa qoyulub.
Bu dəvət onu göstərir ki, hakimiyyət ənəvəi siyasətindən imtina edərək, müəyyən məsələlərdə müxalifətlə dialoqa getmək niyyətindədir...

Ədalət Vəliyev

Muxalifet.az