​Hakimiyyət Əli Həsənovla vidalaşır? - “Qaçqınkom” sədri HƏFTƏNİN BİRİNCİSİ SEÇİLDİ

Nazim İbrahimov həftənin ikincisi oldu

Baxış sayı:
21703

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Beləliklə, ötən həftə - 19-25 fevral 2018-ci il tarixində elektron mətbuatda daha çox yer ayrılan vəzifəli şəxs Baş nazirin müavini Əli Həsənov olmuşdur. “Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır”, “Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? - Komissiya üzvü açıqladı”, “Sumqayıtda yaşıllıqları məhv edənnin kimliyi məlum oldu! – Əli Həsənovun nəvəsiymiş…” və “Onları ataları da xilas edə bilmədi: Həbsə göndərilən azərbaycanlı məmur övladları - SİYAHIDA KİMLƏR VAR?” başlıqlı 4 yazı ümumilikdə 21 elektron KİV-də işıqlandırılmışdır.
 
Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Nazim İbrahimovdan daha bir biabırçı addım: AVTOMOBİLİ ƏLİLLƏRİN YOLUNU BAĞLADI – ETİRAZ”  başlıqlı məqalənin 6 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov tutur. 
 
Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri isə “Arzu Rəhimovla Həsrət İsmayılovun səfərbərlik tandemindən müdhiş – Detallar” başlıqlı yazının 5  elektron KİV-də yayılması ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov tutur. 
 
Muxalifet.az