“Hakimiyyət etirazçılarla alver edir” - Gürcüstanın müxalifət partiyası

Baxış sayı:
14437

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsi barədə qərarına münasibət bildirib. Muxalifet.az report-a istinadən xəbər verir ki, partiya liderlərdindən biri Elene Xoştaria qərarı vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb. O bildirib ki, hakim partiyanın aksiyaların yalnız bir tələbini yerinə yetirməsi hakimiyyətin etirazçılarla daxili işlər naziri Giorgi Qaxarianı vəzifədə saxlamaq məqsədilə alver etdiyini göstərir: “Əsas tələb Giorgi Qaxarianın istefasıdır. Lakin hakim partiya bu tələbi diqqətdən kənarda saxladı. Hakim komanda iyunun 20-də etiraz aksiyasının dağıdılması zamanı baş verən qanlı olaylarda məsuliyyəti daxili işlər nazirində görmür. Bu yanaşma hakim partiya liderləri üçün utancvericidir”.