​Hakimi döyüb çənəsini sındırdılar

Baxış sayı:
187

İrlandiyanın “Malinqar Taun” klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birgə “Horslip”lə matçdan sonra hakim Daniel Svinini döyüb.
İrlandiya Hakimlər Cəmiyyətinin prezidenti Pol Obrayn onun çənəsinin və gözünün altındakı sümüyün sındığını, burnunun zədələndiyini bildirib.
Futbol Liqasının katibi Kris Hənd deyib ki, artıq hakimə xəsarət yetirənlərin kimliyi müəyyənləşdirilib və onlar dərhal futbol fəaliyyətindən uzaqlaşdırılıblar.
Qeyd edək ki, ötən ilin dekabrında argentinalı fanatlar meydana çıxmış və “Yuventude” ilə “İndependyente” arasında keçirilmiş matçın hakimini döymüşdülər.