​“Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – İNGİLTƏRƏ MƏTBUATI

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” oyununda hakimin mübahisəli qərarları haqda İngiltərə mətbuatı da yazıb.
Muxalifət.az xəbər verir ki, məşhur “The Sun” qəzeti matçın baş hakiminin “Qarabağ”ın kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərməsini ağılsız qərar kimi qiymətləndirib.
Yazıda qeyd olunur ki, görüşün portuqaliyalı baş hakimi Manuel De Souzanın bu qərarı hətta “Çelsi” azarkeşlərini də təəccübləndirib. Onlar Tvitter vasitəsilə hakimin qərarını pisləyiblər.
Qeyd edək ki, görüşün baş hakimi matçın 19-cu dəqiqəsində Rəşad Sadıqovun cərimə meydançasında rəqiblə mübarizəsini qayda pozuntusu kimi qiymətləndirərək ona qırmızı vərəqə görtərib, “Qarabağ”ın qapısına penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən “Çelsi” təmsilçimizin say azlığından yararalanaraq daha 3 qol vuraraq 4:0 hesabı ilə qalib gəlib.