Hakim qərarına etiraz edən vətəndaş PREZİDENTƏ MÜRACİƏT ETDİ – “İşdən qanunsuz olaraq çıxarılmışam...”

Füzuli rayonu Böyük Bəhmənli kəndində daimi pasport qeydiyyatında olan İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlunun 18 iyul 2017-ci il tarixli qərarından narazıdır. O, saytımız vasitəsilə prezident İlham Əliyevə müraciətində yazır:
“Hörmətli Prezident!
Mən Nərimаnоv rаyоn Məhкəməsində qаrşılаşdığım hаqsızlıq və qаnunsuzluqlа bаğlı 29.08.17 il tаriхində Sizə və Məhкəmə Hüquq Şurаsınа mürаciət еtmişdim. Təəssüflər оlsun кi, Məhкəmə Hüquq Şurаsınа еtdiyim mürаciətim nəticəsiz qаlıb və mənimlə bаğlı hаqq-ədаlət hələ də bərpа еdilməyib. Bu səbəbdən də Sizə yеnidən mürаciət еtməк məcburiyyətində qаlmışаm.
Hörmətli Prеzidеnt!
Təəssüf ki, bu gün Azərbaycan Respublikasında hakimlərin tez-tez rastlaşılan ədalətsiz, araşdırma aparmadan və müəyyən maraqlara xidmət edən qərarları mənim kimi digər vətəndaşları da Sizə müraciət etməyə məcbur edir.
Mən, barəmdə ARDNŞ-in, Geofizika və Geologiya İdarəsinin 11.03.2014-cü il tarixli 1380-k saylı əmrinin ləğv olunması, işə bərpa olunmağım və keçmiş aylar üzrə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını Bakı şəhər Nərimanov rayon Məhkəməsindən xahiş etmişəm.
Həmin məhkəmənin 2(005)-5217/2017 saylı 18 iyul 2017-ci 1 tarixli qətnaməsi ilə iddia tələbim təmin edilməmişdir.
Məhkəmənin qətnaməsi maddi və prosessual hüquqi normaların ciddi və kobud surətdə pozulduğunu əks etdirdiyindən, 28 avqust 2017-ci il tarixində Bakı Apellyasiya Məhəkəməsinə şikayət etmişəm. Məhкəmənin кечirilmə tаrixi 06 nоyаbr 2017-ci il sааt 10:00-а təyin еdilib. İş hакim Fuаd Tаlışınsкinin icrааtınа vеrilib.
Apellyasiya şikayətində qeyd etmişəm: "Uzun-uzadı, əsassız bir-birini təkzib edən, “qanun” donu geydirlmiş izahat tərəfımdən məhkəmədə layiqli əsaslı cavabını almışdır və məhkəməyə sədrlik edən Nərimanov rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu da məhkəmədə cavabdehin məhkəməyə təqdim etdiyi sübutların sonradan hazırlanmasının qanunazidd olmasını desə də, cavabdeh tərəfın nümayəndəsinin heç bir formada gətirdiyi sübutları müdafıə edə bilməmişdir.
Buna baxmayaraq məhkəmə sonradan həmin sübutları, yəni mənim işdən çıxarılmağımın güya qanuni olduğunu əsas kimi qəbul etmişdir.
Məhkəmədə mənim prosessual hüquqlarıma uyğun verdiyim 3 vəsatət təmin edilməmişdir, halbuki, mən işdən çıxarılmağımda birbaşa göstərişi olan Faiq Hüseynovun korrupsiya əməllərinin araşdırılması üçün məhkəməyə təqdim etdiyim vəsatətə heç bir hüquqi qiymət verilməmişdir.
Nəzərinizə çatdırıram ki, Nərimanov rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu məhkəmədə Faiq Hüseynovun korrupsiya əməllərini bildiyimdən, işlədiyim müddətdə dövlət əmlakının dağıdılmasına qarşı çıxdığımdan və onun tərəfındən qərəzli işdən çıxaeıldığımı bildirdikdə mənə vəsatətlə ona müraciət etməyimi və lazım gələrsə xüsusi qərardad çıxardacağını desə də, sonda vəsatətə heç bir münasibət bildirmədi.
Bunlarla yanaşı məhkəməyə təqdim etdiyim daha uç vəsatətə heç bir hüquqi qiymət verilməmişdir.
Bütün təqdim olunmuş sübutlar hamısı nəinki mənim tərəfimdən həmçinin hakim tərəfındən inkar edilməsinə baxmayaraq, hakim əsassız sübutlara istinad edərək qərar qəbul etmişdir.
İstinad edilmiş həmkarların qəbul etdiyi razılaşma qərarına qiymət verilməsi qəbul edilməzdir. Çünki həmin qərarda adı çəkilən ixtisara düşən 6 nəfərdən tək mən işdən çıxarılmışam, iki nəfər təqaüdə gödərilib, qalan üç nəfər də işlə təmin edilmişdir".
Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir
Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, Nərimanov rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu barəsində adiyyatlı qurumlarda intizam qaydasında tədbir görülməsi və mənim haqq davamın ədalətli həllinə köməklik edilməsi barəsində göstəriş verəsiniz”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.