​Hakim 9 futbolçunu MEYDANDAN QOVDU

Baxış sayı:
7501

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan sovulması səbəbindən sona qədər oynanılmayıb.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Komandalar arasında görüş bazar günü keçirilib. Birinci hissədən sonra "Viktoriya" 1:0 hesabı ilə öndə olub. Fasilədən sonra "Baiya" hesabı bərabərləşdirib. Ardınca meydanda dava düşüb. Nəticədə hakim "Baiya"nın 3, "Viktoriya"nın 2 futbolçusunu meydandan qovub. Daha sonra isə fit sahibi hər klubdan daha iki futbolçunu cəzalandırmaq qərarına gəlib.
İkinci hissənin sonunda "Viktoriya"nın daha 2 futbolçusu meydandan qovulub və bu komandanın tərkibində cəmi 6 futbolçu qalıb. Qaydalara görə, bir komadanın heyətində 7-dən az futbolçu qalarsa, matç davam etdirilə bilməz.