​Hakan Şükürün atası ilə bağlı qərar verildi: 15 ilə kimi həbs...

Baxış sayı:
7285

Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükürün məhkəməsi keçirilib.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sakarya Baş Prokurorluğunun əməkdaşı hakimdən Sermet Şükürə “silahlı terror təşkilatına dəstək olmaq” maddəsi ilə 7 il 6 aydan 15 ilə kimi həbs cəzası istəyib. 
Sakarya Baş Prokurorluğu tərəfindən hazırlanan 5 səhifəlik iddianamə 4-cü Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib və sənəd qəbul edilib.
Qeyd edək ki, 11.08.2016-cı il tarixində Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükür və atası S. Şükürun saxlanılması barədə qərar verib. 12.08.2016-cı il tarixində bu ailəyə aid mal və mülklər müsadirə edilib.