Hakan Atilla ilə bağlı ABŞ məhkəməsinin ilk qərarı ortalığı qarışdırdı

Baxış sayı:
1261

Məhkumun həyat yoldaşı ağladı, vəkili “o, qəribə oyunun qurbanı oldu” dedi

ABŞ-da aparılan məhkəmədə 5 maddə üzrə ittiham olunan “Xalqbank” müdirinin müavini Mehmet Hakan Atilla ilə bağlı jürinin açıqladığı qərardan sonra bank ilk açıqlamasını verib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bankdan verilən açıqlama məhkəmə prosesinin hələ davam etdiyi, apellyasiya daxil olmaqla bir çox mərhələlərdə bankın öz haqlarını müdafiə edəcəyi bildirilib.
Açiqlama aşağıdakı kimidir: “Bankımızın müdir müavini, hörmətli Mehmet Hakan Atilla Amerikada davam etməkdə olan məhkəmənin ilk mərhələsində ona qarşı irəli sürülən bir çox ittihamlara görə günahkar bilinib. Bundan sonrakı mərhələdə də verilən qərar haqqında apelyasiya da daxil olmaqla bütün hüquqi yollara müraciət edilməsi imkan daxilindədir. Çünki hüquqi prosedur hələ yekunlaşdırılmayıb.
Sözügedən məhkəmə prosesində bankımız tərəf olmadığı kimi məhkəmə tərəfindən bankımız haqqında alınmış hər hansı bir qərar da yoxdur. Müdir müavinimiz haqqındakı məhkəmə jürisinin qərarına istinad edilərək hələlik hüquqi prosedur tamamlanmayan məhkəmə ilə bağlı olaraq bankımızın etibarını sarsıdacaq şəkildə açıqlama və xəbər hazırlanmasının qanuna zidd olduğunu xatırlatmaq istəyirik”.
ABŞ-ın Iran embarqosunu pozmaqda ittiham edilən “Xalqbank”ın yetkinlisi H.Atillanın Nyu-Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri Atillanın embarqonu pozmağa yardım etməkdə suçlu elan edildi. Ümumən isə H.Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı və komplo da daxil olmaq üzrə özünə qarşı yönəldilən 6 ittihamdan 5-də suçlu elan edilib. Onun cəzası 11 apreldə açıqlanacaq.
Qərarın açıqlanmasının ardınca ilk dəfə məhkəmə salonuna gələn Atillanın həyat yoldaşı Burçin Atilla ağlayıb. Məhkəmədən dərhal sonra müdafiə vəkilləri jurnalistlərə açıqlamalar veriblər. Bu məhkəmənin Atilla ilə heç bir əlaqəsinin olmadığını və R.Zərrabın şousu olduğunu vurğulayan Rocco "Atilla qəribə bir oyunun qurbanı oldu” deyib. Vəkillərdən Cathy Fleming isə Atillanın ləyaqətli bir cənab olduğunu vurğulayaraq, jürinin Zərraba inanması və gerçək tablonu görə bilməməsinin xəyal qırıqlığı yaratdığını deyib.
12 jüri üzvü tərəfindən hər bir ittihamla bağlı yekdilliklə verilən qərarın ardınca hakim Riçard Bermanın 11 apreldə məhkəmə iclası keçirərək Atillanın alacağı cəza ilə bağlı qərar verəcəyi bildirildi.
Proses 28 noyabrda başlayıb. Şahidlərin dindirilməsinin ardınca 12 nəfərdən ibarət jüri üzvləri ittiham olunan şəxsin günahkar olub-olmadığına qərar vermək üçün məsləhətləşmələr edib.
Müdafiə tərəfi 19 dekabrda Atillanın çarpaz sorğusu sırasında prokurorluğun ona yönləndirdiyi bir suala etiraz etmiş və məhkəməyə ikinci dəfə “xətalı istintaq” aparıldığı üçün etiraz məktubu təqdim edib./musavat.com/