Haftarın ordusu bu əraziləri ələ keçirdi

Baxış sayı:
6058

Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) bölmələri Tripolinin cənubunda bəzi əraziləri ələ keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə LMO-nun generallarından Munzer Hartuş mediaya açıqlamasında deyib.
O bildirib ki, 4 strateji əhəmiyyətli nöqtə artıq nəzarətdədir:
“LMO bu gün əl-Sabia bölgəsini ələ keçirdi. Həmçinin Suk əs Sabt, əl Karasat və Əl Əziziyədə də yenidən nəzarət bərpa edilib”.