Haftara ağır zərbə endirildi - LİVİYADA GƏRGİNLİK ARTIR

Baxış sayı:
2253

Liviya Milli Razılıq Hökumətinə bağlı qüvvələr marşal Xəlifə Haftar ordusuna ağır zərbə endirib.
Bu barədə Razılıq Hökumətinin sözçüsü Məhəmməd Kununu deyib.
“Paytaxt Tripolinin cənubundakı Qəsr bin Qaşir bölgəsində Haftar qüvvələrinə aid silah anbarı məhv edilib. Haftar qüvvələrinin bölgədə mülki əhalini hədəf almasına qarşılıq olaraq belə bir əməliyyat keçirilib”, - M. Kununu bildirib./axar.az