"Hafka"nın klubununun məğlubiyyətinə səbəb olan İbrahimə ömürlük cəza

Baxış sayı:
9271

Fəaliyyətini dayandırmış “Bakı” klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.
Muxalifet.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin adı danışılmış oyunlarda hallanır. Son olaraq İngiltərənin aşağı liqa təmsilçisi  “Dulviç Hamlet”də oynayan İbrahimin günahı sübuta yetirilib. O bunun üçün bu cəzaya məruz qalıb.

Məlumata görə, Karqbonun karyerası boyunca danışılmış oyunlarda adı hallanıb. 
2010-2013-cu illərdə “Bakı”da çıxış edən Karqbo son ilində məhz buna görə ölkəmizdən qovulmuşdu. Belə ki, İbrahim Hafiz Məmmədovun kubunun bir neçə oyunda məğlubiyyətinə və surpriz heç-heçəsinə səbəb olmuşdu. Baxmayaraq ki, bu barədə klubdan rəsmi açıqlama verilməmişdi. Bundan sonra paytaxt klubu onu heyətdən çıxarmışdı