Hafiz Hacıyev payızın ilk gününə mitinq TƏYİN ETDİ

Baxış sayı:
394

Müasir Müsavat Partiyası sentyabrın 22-nə mitinq təyin edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Report”a partiyadan məlumat verilib.
Bildirilib ki, mitinqin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Qeyd olunub ki, mitinqin keçirilməsində məqsəd Azərbaycanda söz və sərbəst toplaşma azadlığının olmamasını iddia edərək ölkənin nüfuzuna xələl gətirən bəzi qüvvələrə etiraz bildirməkdir.