Hadrut qəsəbəsi və daha səkkiz kənd azad olundu - PREZİDENT AÇIQLADI / VİDEO

Baxış sayı:
2101

Az əvvəl Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev xalqa növbəti müraciətlə çıxış edib və ordumuzun işğal edilmiş ərazilərin daha bir qismini azad etdiyini bildirib.  İlham Əliyev elan edib ki, ordumuz Hadrut qəsəbəsini və cənub istiqamətində daha 8 kəndi azad edib.

İşğaldan azad edilən kəndlərin siyahısı: Çaylı kəndi, Yuxarı Güzdək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edilib. 

Prezidentin xalqa müraciətinin tam mətni daha sonra təqdim ediləcək.