Hadisələrin gedişatını diqqətlə izləyirik" - Azərbaycanın Qırğızıstandakı səfiri Atambayevin həbsindən DANIŞDI

Baxış sayı:
9730

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov son günlər bu ölkədə baş verən hadisələrdən danışıb. 
Səfir Demokrat.az-a eksklüziv açıqlamasında bildirib ki, sabiq prezident Almazbek Atambayevin həbsinə Qırğızıstanın daxili məsələsi kimi yanaşılır:
"Biz bu hadisələrə Qırğızıstanın daxili məsələsi kimi baxırıq. Ancaq hadisələrin gedişatını diqqətlə və ardıcıl izləyirik. Baş verən hadisələrin Qırğızıstanda yaşayan soydaşlarımızın fəaliyyəti və həyatı üçün heç bir təhlükəsi yoxdur. Azərbaycanın Qırğızıstandakı Səfirliyinin də fəaliyyəti üçün heç bir narahatlıq yoxdur. Fəaliyyətimiz öz qaydasında davam edir".
Xatırladaq ki, bir neçə gün öncə hüquq-mühafizə orqanları əməkdaşları Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evində əməliyyat keçiriblər. Bu zaman xüsusi təyinatlılarla Atambayevin mühafizəçiləri arasında silahlı toqquşma baş verib. İnsident nəticəsində 1 nəfər həlak olub, onlarla şəxs yaralanıb.  
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bu gün xüsusi təyinatlılara təslim olub.