Hadi Rəcəblinin seçki dairəsinin nəticələri ləğv edilib? - AÇIQLAMA

Baxış sayı:
2212

74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilməyib.

Dairə seçki komissiyasından Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda bununla bağlı yazılanlar həqiqətəuyğun deyil.

“Səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası verir. MSK-nın da bu barədə qərarı yoxdur” – qeyd olunub.

Qeyd edək ki, bu ilin fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar səsvermənin nəticələrinə əsasən, həmin seçki dairəsinin lider namizədi Hadi Rəcəblidir.