​Hacıqabulda narkotik alverçiləri saxlanıldı

Baxış sayı:
3700

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklə mübarizə qrupu əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Muxalifet.az-ın yerli bürosuna verilən məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb.
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 47,070 qram tiryək aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.