Hacıqabulda evə silahlı basqın - Ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Onun tərki-silah edilərək yaxalanması istiqamətində əməliyyat tədbirləri görülür
 
Hacıqabulda silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Naməlum silahlı şəxs evə girərək 4 nəfəri qətlə yetirib, daha sonra özünü öldürüb.
Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır./report
***07:00
Hacıqabulda 2 nəfərin öldürülməsi, 1 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
Hadisə bir nəfərin Bayram İbrahimov küçəsində yerləşən evə silahlı basqın etməsi nəticəsində baş verib.
Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Qətlə yetirilən şəxslərdən biri qadındır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.
İnsident zamanı ağır odlu silah yarası alan digər şəxs Hacıqabul xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxs hazırda evdədir. Polis evi mühasirəyə alıb. Caninin tərki-silah edilərək yaxalanması istiqamətində əməliyyat tədbirləri görülür.