Hacıqabulda avtomobil 12 yaşlı uşağı vurub

Hacıqabul rayonunda avtomobil 12 yaşlı uşağı vurub.
 
Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 Kənd sakini, 2005-cü il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu  “10 LH 551” dövlət nömrə nişanlı  “Tavriya” markalı avtomobil tərəfindən vurulub.
 Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
 Faktla bağlı araşdırma aparılır.