​Hacıbala Abutalıbovun oğlunun 20 milyonluq oteli... – BU HAQDA 27 SAYT YAZDI VƏ...

Ötən həftə mətbuatın diqqətində olan məmurlardan ikincisi Müdafiə Sənayesi naziri Yavər Camalov olub

Baxış sayı:
12523

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 05-11 fevralda elektron mətbuatda daha çox yer ayrılan məlumat 2018-ci il növbədən kənar Prezident seçkilərinin vaxtının təyini və bununla bağlı keçirilən tədbirlər olmuşdur. Buna görə də araşdırma obyektivimizə çevrilən məlumatlar əhəmiyyətli dərəcədə az olmuşdur. Lakin bu prosseslərin fonunda keçən həftə ən çox ad hallanan vəzifəli şəxs Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olmuşdur. Onun barəsində “Hacıbala Abutalıbovun oğlu İstanbulda 20 milyona otel aldı”  başlıqlı məqalə ümumilikdə 27 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 2-ci və sonuncu yeri ölkənin “Yavər Camalovun zavodlarında 4 ildə 4 partlayış” başlıqlı yazının 6  elektron KİV-də yayılması ilə Müdafiə Sənayesi naziri Yavər Camalov tutur. 

Xanım deputat anasının əmlakını ələ keçirib?

Həftə ərzində “Deputatın anası onu məhkəməyə verib?” adlı yazının 19 saytda işıqlanması ilə 99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputatı  Sona Əliyeva  deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.

Muxalifet.az