Hacı Məmmədovun adamı da azadlığa çıxdı - FOTO

Baxış sayı:
2446

Qobustan qapalı tipli həbsxanasında əfv sərəncamı tətbiq olunanlar arasında Kamil Sədrəddinov da var. 

"Report" xəbər verir ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 ilhəbs cəzası ilə əvəzlənib.

K.Sədrəddinov cəzaçəkmə müəssisəsinə köçürüləcək. 

Qeyd edək ki, K.Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə tutulub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.