Hacı Mazanın polis oğluna yeni VƏZİFƏ VERİLDİ

Baxış sayı:
8829

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. 
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə, keçən il Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilən, polis polkovnik-leytenantı Bayram Ramazan oğlu Zeynalovun yeni iş yeri məlum olub.
B.Zeynalov sabiq nazir Ramil Usubovun müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru təyin edilib.