Hacı Əliyevlə bağlı qərar verildi

Baxış sayı:
1141

Azərbaycanın üçqat dünya və Avropa çempionu Hacı Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda rusiyalı Hacımurad Rəşidova uduzduğu görüşdə aldığı qırmızı vərəqə ləğv edilib.

Muxalifet.az Report-a istinadən xəbər verir ki, Dünya Güləş Birliyinin Hakimlər Komitəsi qırmızı vərəqəni ləğv etdiyi üçün 65 kq çəkidə yarışan pəhləvan təsəlliverici görüşə qatılamaq imkanını saxlayıb.

Bu isə o deməkdir ki, diskvalifikasiyadan yayınan Əliyev bürünc medal görüşünə vəsiqə qazansa, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. Lakin bunun üçün ilk növbədə Rəşidovun finala çıxması lazımdır.

Qeyd edək ki, Əliyevin Rəşidovla görüşündə qalmaqal baş verib. İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3. Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, Rəşidov qalib elan olunub - 4:2.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakimlər qırmızı vərəqə verib. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polisrlər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.