Hacı Əliyev: "Firdovsi Umudovun qayıtmasını istəyirik" - VİDEO

Baxış sayı:
12676

Üçqat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev İctimai Televiziyada efirə gedən "Bol İdman" verilişinin qonağı olub. 

Kənan Hakimov aparıcılığı ilə yayınlanan verilişdə 28 yaşlı idmançı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidovla təsnifat mərhələsinin görüşü zamanı baş verən qalmaqalı şərh edib. 

O həmin çempionatda haqsızlığa uğradığını bildirib. H.Əliyev məşqçiləri - Arif Abdullayev və Zəlimxan Hüseynovla bağlı iradını bildirib. O qeyd edib ki, Firdovsi Umudov məşqçi olsa idi başımıza elə hadisə gəlməyəcəkdi.

"Haqsızlığa tez-tez uğrayırıq. Hakimlər bəzən 50/50-yə düşündükdə haqsızlıq edirlər. Amma bu dəfəki hadisə tamam başqa idi. Başıma ilk dəfə belə hadisə gəldi. Hakimlərin etdiyi böyük səhvdir. 

Qərardan sonra xalça üzərində tək qaldım. Məşqçilərimiz də mənə dəstək məqsədilə yanıma gəlməli idilər. Amma bunu etmədilər. Bu, bizim güləşimizə yaraşmır. Firdovsi müəllim xalça ətrafında olsa idi, yüz faiz orada məni tək qoymazdı. Öz dəstəyini nümayiş etdirərdi. Dəfələrlə olub ki, Firdovsi müəllim bizə görə qırmızı kart alıb".

Dünya çempionu özünün və  bütün güləşçilərin Firdovsi Umudovun milli komandaya qayıtmasını istədiyini deyib: 

"Tək mən yox bütün komanda istəyir ki, Firdovsi müəllim komandaya qayıtsın.  Baş məşqçi olmasənə istəyirik. Baş məşqçi olmasa da millimiizn üzərində nəzarəti və böyük məşqçimiz Zəlimxan Hüseynovun olması bizim üçün kifayət edər. Yeni bir baş məşqçiyə ehtiyacımız olmaz".