“Güzəştli mənzil”lərin satışı başladı - YENİLƏNİB

Baxış sayı:
3139

"Güzəştli mənzil” sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib".

Muxalifet.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vətəndaşlara müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, saat 15:00-da satış başlanılacaq.

"MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir", - müraciətdə qeyd olunub.

***

11:55

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.

Muxalifet.az  xəbər verir ki, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminə qısa müddət ərzində giriş çox olduğundan bu dəfə də sistem çöküb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək mənzil seçimi prosesinin hazırda dayandırıldığını və saat 15:00-dan etibarən yenidən aktivləşəcəyini bildirib.

Qeyd edək ki, bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.