​Güzəşt müddəti uzadıla bilər — Hökumətə təkliflər verildi

Baxış sayı:
1732

Azərbaycanda sənaye parklarının rezidentləri üçün güzəşt müddəti uzadıla bilər.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə hökumətdəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, müvafiq təkliflər hökumətə təqdim olunub.
Hazırda ölkədə sənaye parklarının rezidentləri 7 il müddətinə müxtəlif güzəştlər əldə edir. Yeni təklif güzəşt müddətinin 10 ilədək uzadılmasını nəzərdə tutur.
Rezidentlər hazırda əmlak, mənfəət, torpaq və idxal olunan avadanlıq üçün əlavə dəyər vergilərindən azad edilib.
Güzəşt müddətinin artırılmasının səbəblərini şərh edən mənbə bildirib ki, qanuna əsasən rezidentlər sənaye parkında qeydiyyata alındığı andan güzəştlərdən istifadə edə bilər, amma faktiki olaraq mənfəət vergisindən azad olunma zavodların tikintisindən sonra – iki-üç il keçdikdən sonra mümkün olur:
“Digər sözlə, elə alınır ki, rezidentlər güzəştlərdən 7 il yox, 4-5 il yararlana bilir. Ona görə də bu müddətin 10 ilədək artırılması təklif olunub”.