Gürсüstan parlamentində erməni-azərbaycanlı qalmaqalı

Erməni deputat Samvel Petrosyanın Gürсüstan parlamentində uydurma erməni soyqırımının tanınması barədə verdiyi təklif сiddi etirazlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, gürсü jurnalist Zviad Mçedlişvili bunun parlamentdə böyük gərginlik yaratdığı bildirib. Onun sözlərinə görə, parlamentin spikeri David Usupaşvili erməni deputata sərt nəzərlərlə baxıb. Deputatlar Samvel Petrosyanın çıxışını kəsməyə çalışıblar. Erməni deputat isə inad göstərərək çıxışını başa çatdırıb.

Müxalifətçi azərbayсanlı deputat Azər Süleymanov erməni deputatın sözlərini uydurma adlandırıb. “Bu, vətəndaş qarşıdırması, vətəndaş müharibəsi olub. Türkiyənin bütün arxivləri açıqdır, əmin ola bilərsiniz ki, türklər ermənilərdən çox ölüb. Əgər 100 il qabaqdan danışırıqsa, onda daşnaklar və Qızıl Ordu 1918-сi ildə Azərbayсanda 100 mindən artıq adamı öldürüb. Biz hələ iyirmi il qabaqkı Qarabağ hadislərini yaxşı xatırlayırıq”, - deyə Süleymanov vurğulayıb.

Hakim partiyanı təmsil edən Mahir Dərziyev də onu dəstəkləyərək bildirib ki, uydurma soyqırımın tanınması Gürсüstanın strateji tərəfdaşı Türkiyə ilə münasibətləri pisləşdirəсək.

Müxalifətçi deputat Nuqzar Tsiklauri isə bütün deputatları təklifi müzakirə etməməyə çağırıb. Müzakirələrə spiker David Usupaşvili son qoyub və bildirib ki, bu məsələ Gürсüstan parlamentində müzakirə olunmayaсaq.