Gürcüstanın yeni hökuməti Muxtarlının işi ilə bağlı cavab verməli olacaq

Gürcüstan hakimiyyətinin Avropa Məhkəməsinin jurnalist Əfqan Muxtarlının işi ilə bağlı suallarını cavablandırmaq üçün təxminən bir ay vaxtı var, bu barədə onun vəkili Arçil Çopikaşvili bildirib.
Onun sözlərinə görə, iyunun 31-də Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Məhkəməsinin səkkiz sualına cavab verməlidir.
"Suallar əsasən azərbaycanlı jurnalistin oğurlanması ilə bağlıdır və məhkəmə oğurlanma hadisəsinin baş verib-vermədiyi və ifadə azadlığının və hüququnun pozulub-pozulmadığı, hüquqi imkanlardan yararlanmaq hüququnun pozulub-pozulmadığı, habelə jurnalistin faktiki olaraq ölkədən çıxarılıb-çıxarılmadığı ilə maraqlanır", deyə o qeyd edib.
"Gürcüstana 8, Azərbaycana 6 sual göndərilib. Düşünürəm ki, sualların cavabları məhkəmənin faktları və azərbaycanlı jurnalistə qarşı yol verilmiş pozuntuların mövcudluğunu müəyyən etməsi üçün daha çox imkan yaradacaq. Cavab verilməsi üçün son tarix 30 iyuldur. Bundan sonra iddiaçının dövlətin cavabları ilə bağlı yazılı şərh vermək imkanı olacaq.
İşlə bağlı tez bir zamanda kommunikasiya başlayıb, işə prioritet verilib. Ümid edirik ki, Avropa Parlamenti mexanizmi azərbaycanlı jurnalistin maraqlarının bərpasına kömək edəcək vasitə olacaq", deyə vəkil bildirib.