Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

Baxış sayı:
459

Gürcüstanın keçmiş müdafiə naziri, "Qalib Gürcüstan" siyasi hərəkatın lideri İrakli Okruaşvilinin barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
 
Okruaşvilinin vəkili onun 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.
 
Qeyd edək ki, sabiq nazir 20-21 iyun tarixində Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkilində ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək həbs cəzası gözləyir.