Gürcüstanın Müdafiə naziri Bakıya gəlir

Baxış sayı:
4768

Martın 9-da Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
 
Müdafiə Nazirliyinin saytı xəbər verir ki, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 10-dək davam edəcək.