Gürcüstanın baş prokuroru Muxtarlının Gürcüstanı necə tərk etdiyini bilmir

Gürcüstanın baş prokuroru İrakli Şotadze Əfqan Muxtarlının Gürcüstanı necə tərk etdiyini bilmir.
 
Jurnalistlərin Azərbaycanlı jurnalistin Gürcüstandan çıxarılmasının doğru olub-olmadığı barədə suallarına cavabda prokuror deyib: "Hər şeyi istintaq müəyyən edəcək. Mən deyə bilmərəm ki, o, ölkəni tərk edib", xəbəri Gruziya online yayıb.
"DİN-də araşdırma başlayıb. İşlər aparılır və bütün müvafiq istintaq hərəkətləri həyata keçiriləcək", deyən prokuror bu işlə əlaqədar "müəyyən şəxslərin məsuliyyəti" məsələsinin ortaya çıxa biləcəyini istisna etməyib.