Gürcüstanın baş naziri istefa verəcək? - "FİNALI GÖZLƏYİN..."

Baxış sayı:
444

Gürcüstanın baş naziri Girorgi Qaxaria istefası ilə bağlı yerli mətbuatda yayılan məlumatlara münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında onları tələsməməyə çağırıb.

G.Qaxaria media nümayəndələrini finalı gözləməyə çağırıb: “Final seriyanı gözləyin. Hökumətin iclası olacaq və mən bir az tələsirəm”.

Qeyd edək ki, qonşu ölkə mətbuatında G.Qaxarianın istefa verəcəyi və onun yerinə hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin təyin olunacağı ilə bağlı məlumatlar yayılıb.